Zəlzələ Kürdəmirdə fəsadlar törətdi: 100-dən çox ev...

saytların hazırlanması

Evə çatdırılma

Zəlzələ Kürdəmirdə fəsadlar törətdi: 100-dən çox ev...

Sosial

04 Sentyabr 2023 15:13 499


Sentyabrın 3-də axşam saatlarında Kürdəmirdə baş verən zəlzələ zamanı rayonda 100-dən çox fərdi yaşayış evinə ziyan dəyib. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Report”a Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, eləcə də rayon föqaladə hallar komissiyasının sədri Ağali Kərimli bildirib.

Onun sözlərinə görə, hazırda FHN-in nümayəndələri əraziyə cəlb olunub və Kürdəmir Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə əraziyə baxış keçirilir. Dominos pizza

Qeyd edək ki, zəlzələ nəticəsində ən çox ziyan rayon mərkəzinə və rayonun Qağacılı, Xırdapay və Ərəbxana kəndlərinə dəyib. Hazırda aidiyyəti qurumların əməkdaşları tərəfindən rayon ərazisində zəlzələdən ziyan çəkən evlərə baxışlar davam edir, dəymiş ziyanın hesablanması və qiymətləndirilməsi işləri icra olunur.

Xatırladaq ki, sentyabrın 3-də, saat 20:35-də Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!