Zəngəzurda sərhəd demarkasiya olunub, memorandum imzalanıb - Erməni KİV-dən   SENSASİON İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Zəngəzurda sərhəd demarkasiya olunub, memorandum imzalanıb - Erməni KİV-dən SENSASİON İDDİA

Siyasət

10 İyul 2022 12:22 2340


Ermənistan və Azərbaycan dövlət sərhədinin Zəngəzur hissəsində demarkasiya prosesi başa çatıb.

Yenisabah.az xəbər verir ki, bu iddia ilə "Hraparak" nəşri çıxış edib.

Nəşr qeyd edir ki, Paşinyan hakimiyyəti delimitasiya və demarkasiya prosesinə hazırlıqdan danışsa da, əslində Zəngəzur bölgəsində sərhəd xətləri müəyyənləşdirilib.

"Bu, 2020-ci ilin dekabrında Azərbaycanla imzalanan memorandumla həyata keçirilib", - nəşr yazır.

Azərbaycan və Ermənistan arasında belə bir memorandumun olduğu rəsmi şəkildə təsdiqlənməyib. Bu haqda iddianı Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan ötən ilin noyabr ayında ortaya atıb. Ermənistan hökuməti isə bu iddianı təsdiq etmədiyi kimi, təkzib də etməyib.

Nəşrin iddiasına görə, Gorusdan Mehriyə qədərki sərhəddə delimitasiya və demarkasiya işləri tamamlanıb./Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!