Zeynəb Hüseynova doğum evinin müdiri təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Zeynəb Hüseynova doğum evinin müdiri təyin olundu

Sosial

04 Oktyabr 2022 11:52 1561


“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi” publik hüquqi şəxsində direktorun müavini-doğum evinin rəhbəri vəzifəsinə Hüseynova Zeynəb Sadıx qızı təyin olunub. 

Bu barədə Yenisabah.az-a TƏBİB-dən məlumat daxil olub.

Zeynəb Hüseynovanın bu gündən vəzifəsinin icrasına başladığı bildirilir.  Toyuqlu pizza

Qeyd edək ki, Z.Hüseynova 1991-1997 illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisası üzrə təhsil alıb.

Tibb üzrə fəlsəfə doktorudur.

Daha öncə “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsdə həkim mama-ginekoloq kimi fəaliyyət göstərib. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!