Zidanın oğlu qərarını verdi – Bu ölkədə oynayacaq

Zidanın oğlu qərarını verdi – Bu ölkədə oynayacaq

İdman Veb saytların hazırlanması

25 Aprel 2020 12:42 783


“Real”ın baş məşqçisi Zinəddin Zidanın oğlu Lyuka Zidan Əlcəzair milli komandasında oynamağa razılıq verib.

Yenisabah.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə “Sports Finding” məlumat yayıb. Bildirilir ki, millinin baş məşqçisi Camel Belmadi 21 yaşlı qapıçı ilə görüşərək onu Əlcəzair vətəndaşlığını qəbul etməyə inandıra bilib. Lyukanın payızdan, dünya çempionatının seçmə mərhələsindən başlayaraq Əlcəzair millisində oynacacağı gözlənilir.

Qeyd edək ki, oğul Zidan Fransanın yeniyetmələrdən ibarət millisində çıxış edib. Onun əslən Əlcazairdən olan atası Zinəddin Zidan isə Fransa A millisində oynayıb.

Xatırladaq ki, müqavilə ilə "Real"a məxsus olan Lyuka hazırda icarə qaydasında "Rasinq"də çıxış edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!