“Zirə”nin serbiyalı legionerinin maaşı bəlli oldu - İldə 80 min dollar alacaq
24 Yan 2021 13:56
318

“Zirə”nin serbiyalı legionerinin maaşı bəlli oldu - İldə 80 min dollar alacaq

“Zirə”nin bu qış fasiləsində düşərgəsinə gətirdiyi Nemanya Andelkoviçə nə qədər maaş ödəyəcəyi məlum olub.

Yenisabah.az-ın məlumatına görə, 23 yaşlı serbiyalı müdafiəçi ilə 2.5 illik müqavilə imzalayan qəsəbə təmsilçisi ilk 1 il üçün 80 min dollar verəcək.

Son 1,5 il üçün maaşı bir qədər də artırılacaq.

Andelkoviç daha əvvəl ölkəsində "Radnik", "Metalaç", "Yavor", "Pivara" və "Zlatibor" klublarında çıxış edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər