Ziya Məmmədovun ölkədən çıxışına qadağa qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Ziya Məmmədovun ölkədən çıxışına qadağa qoyuldu

Siyasət

19 Oktyabr 2025 13:48 835


Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ölkədən çıxışına qadağa qoyulub.

“Yeni Sabah” xəbər verir ki, bunu etibarlı mənbələr bildirib. 

Qeyd edək ki, hələ 2016–2017-ci illərdə Ziya Məmmədovun xaricə çıxışına qadağa qoyulması barədə iddialar yayılmışdı. Sezar pizza

Yeri gəlmişkən, 2017–2018-də onun oğlu Anar Məmmədovun Bakıdakı daşınmaz əmlaklarına həbs qoyulması barədə rəsmi məhkəmə xəbərləri var.

Xatırladaq ki, əks-nazirin adı Ramiz Mehdiyev qalmaqalında hallanır. Ayrı-ayrı mənbələrin təsdiqlədiyi ehtimallara görə, Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşı Elton Məmmədov vasitəsilə əlaqə yaradırmış.

Digər mənbələr isə bildirir ki, onun yanına gizli tuneldən gedib-gələn eks vəzifəli şəxslər artıq xüsusi xidmət orqanlarının diqqətini çəkib.

Görünən odur ki, dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin adamlarının tam ifşasına önümüzdəki həftələrdə şahid olacağıq. (Konkret.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!