“10 günə nişanlanırlar, 10 günə evlənirlər, 10 günə də boşanırlar”   - Baloğlan Əşrəfov

saytların hazırlanması

Evə çatdırılma

“10 günə nişanlanırlar, 10 günə evlənirlər, 10 günə də boşanırlar” - Baloğlan Əşrəfov

Şou

24 İyul 2020 17:43 1038


Azərbaycanda son illər boşanma hallarının sayı artıb. Belə ki, son 6 ildə 85 mindən çox ailə dağılıb. Ədliyyə Nazirliyinin məlumatına görə, boşanmaların səbəbləri xasiyyətlərin tutmaması, uşaqlarının olmaması, ailədaxili zorakılıq, xəyanət, qısqanclıq, xəstəlik, milli zəmin, sərxoşluq, narkomaniya, maddi durum, mənzilin olmaması, ərin (arvadın) əlilliyi, uzun müddət ayrı yaşamaq, oğurluq və kənar müdaxilələrdir.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən əməkdar artist Baloğlan Əşrəfov bildirib ki, əvvəllər gənclər evlənmədən əvvəl ailədən məsləhət alardı, indi isə 10 günün içində toy edirlər: 

“Mən kənd yerində doğulmuşam. O zamanlar boşanma halları çox nadir hallarda olurdu. Hətta kənddə demək olar ki, boşanma məsələsi yox idi. Bizim dövrümüzdə çətinliklər indikindən daha çox olub, təminat da az olub, amma heç kim boşanmaq haqqında düşünməyib. Bu artımın başında elə şeylər dayanır ki, nəsə kiçik bir söhbət olan kimi ailələrdə boşanma hadisəsi baş verir. Açığı mən belə şeylərə pis baxıram. Bir müğənni kimi çoxlu ailələrə xeyir-dua vermişəm. Səhv eləmirəmsə, 1971-ci ildən mən müğənni kimi fəaliyyət göstərirəm, o zamandan bu millətə xeyir-dua verirəm. Əksəriyyəti imkan olduqca xatırladırlar ki, toylarını mən etmişəm. O zamanlar evlənənlər ailədən, qonum-qonşudan, qohumdan rəy alardı, ondan sonra evlənərdi. İndi maşallah, kimsə kiməsə hardasa rast gəlir, “salam əleykum, əleykum salam” deyir, ondan sonra səni istəyirəm deyir. Nəticəsi də bu olur ki, 10 günə nişanlanırlar, 10 günə evlənirlər, 10 günə də boşanırlar. Boşanmaların səbəbləri çoxdur. Elə səbəblər var ki, mən onu daşıdığım statusa, tanınmağıma görə deyə bilmirəm. İstəmirəm ki, qınaq sahibi olum. Ona görə də hər şeyi deyə bilmirəm”.  pizza mizza

Müğənni qeyd edib ki, hər şeyin izahını vermək onun üçün çox böyük problem yaradır:

“Amma mən həmişə arzulamışam ki, ailələr stabil olsun. Bilirsiz, mən ən çox bir müğənni kimi o zaman sevinirəm ki, biri məni toyuna dəvət edir və deyir ki, mənim toyumu sən eləmisən, indi də oğlumun toyunu elə. Bu mənim üçün qiymətli, əvəzi olmayan bir şeydir. Bundan yaxşı nə ola bilər? Mən istəmərəm ki, xırda problemlər üzərində ailələr dağılsın”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!