Tovuzda ferma yandı

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda ferma yandı

Hadisə

17 May 2026 17:34 55


Tovuzda yanğın qeydə alınıb.

"Yeni Sabah" unikal.az-a istinadən xəbər verir ki, hadisə Ceyrançölü adlanan ərazidə baş verib. Belə ki sözügedən ərazidə yerləşən, rayon sakini  1974-cü il təvəllüdlü Məhəmməd Məhəmmədova məxsus ümumi sahəsi 360  kv metrə yaxın olan xırdabuynuzlu mal-qara saxlanılan fermada qəfil yanğın olub. Alov qısa müddətdə geniş ərazini cənginə alıb.

Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz və Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb,fermanın qalan hissəsi yanğından mühafizə olunub. pizza mizza

Nəticədə 360 kv metrə yaxın olan fermanın 160  kv metri yanıb. Həmçinin, yanğın zamanı fermda olan bir neçə qoyun tələf olub, 5 ton ot bağlaması isə yanıb. Xeyli xırdabuynuzlu mal-qara  xilas edilib. Hazırda hadisə yerinə adiyyatı qrumların əməkdaşları cəlb edilib. Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!