“100-dən çox rus cəhənnəmə vasil oldu” - Ukrayna Silahlı Qüvvələri

saytların hazırlanması

Evə çatdırılma

“100-dən çox rus cəhənnəmə vasil oldu” - Ukrayna Silahlı Qüvvələri

Dünya

12 Yanvar 2023 11:01 1428


Ukrayna Silahlı Qüvvələrinin (ZSU) Xüsusi Əməliyyat Qüvvələri Komandanlığı ordunun Soledar ərazisində apardığı əməliyyatlar barədə məlumat verib. 

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, Komandanlıq tərəfindən verilən məlumatda 100-dən çox rus hərbçisinin həlak olduğu qeyd olunub.

“100-dən çox rus birlikdə Soledar bölgəsində cəhənnəmə vasil oldu. Bu, ZSU əsgərlərinin, topçularının və raket atıcılarının koordinasiyalı işi sayəsində baş verdi”, – Komandanlıq qeyd edib.  pizza mizza

Qeyd olunur ki, rusların bir neçə rayonda cəmləşməsi Xüsusi Əməliyyat Qüvvələrinin operatorları tərəfindən aşkar edilib. 

“Artilleriya düşmənə yönəldilib, ərazilərdən birində “Toçka-U” taktiki raket kompleksindən də istifadə olunub. Bu bir neçə zərbə nəticəsində 100-dən çox əsgərin, iki pulemyot bölməsinin və iki minaatanın məhv edilməsi təsdiqlənib”, – deyə məlumatda bildirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!