Olimpiada nəticələri reytinq ballarının hesablanmasında nəzərə alınacaq

saytların hazırlanması

Evə çatdırılma

Olimpiada nəticələri reytinq ballarının hesablanmasında nəzərə alınacaq

Sosial

19 İyun 2019 14:10 1959


Bu ildən olimpiada nəticələri məktəblərin reytinq ballarının hesablanmasında nəzərə alınacaq ki, bu da məktəblərin və müəssisə rəhbərlərinin həvəsləndirilməsi üçün əsasdır.

“Yeni Sabah” xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov respublika fənn olimpiada qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən zaman deyib.

Beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşdığını və qısa müddətdə mühüm nailiyyətlərin əldə edildiyini vurğulayan C.Bayramov deyib ki, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə müvafiq fənlər üzrə müsabiqədənkənar ödənişsiz əsasda ali təhsil müəssisələrinə qəbul imkanı əldə etməsi bu sahədə islahatların əsas göstəricisidir. Pepperoni pizza

Nazir qeyd edib ki, Azərbaycanın bütün bölgələrində olimpiadalara hazırlıq təhsil müəssisələrinin və yerli təhsili idarəetmə orqanlarının prioriteti olmalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!