17 yaşlı gənc bıçaqlandı - Azərbaycanda

17 yaşlı gənc bıçaqlandı - Azərbaycanda
Sent 15, 2019 22:14
Oxunma sayı: 87

Qax rayonunda 17 yaşlı oğlan bıcaqlanıb.

"Yeni Sabah" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib. Belə ki, rayon sakini Məmmədzadı Rəşid Rəşad oğlu bıçaqlanma əlamətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Xəstəxanadan verilən məlumata görə, R.Məmmədzadəyə sol budunun arxa nahiyəsinin 3/1 hissəsində 5 və 6 mm-lik kəsilmiş -deşilmiş yaraları diaqnozu qoyulub. Yaralıya lazımi yardım göstərilib, vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.

Yenisabah.az