Xalq artisti Kamran Quliyevin səhhətində narahatlıq yarandığı üçün xəstəxanaya yerləşdirilib.
Bu barədə "Yeni Sabah"a jurnalist Səməd Canbaxşıyev məlumat verib.
O bildirib ki, Xalq artistinin sənət yoldaşları onu ziyarət ediblər: Dördpendirli pizza
"Xalq artistləri: Yasəmən. Ramazanova, Prezident təqaüdçüsü Rövşən Hüseynov, deputat Rza Xudiyev və Azərbaycan Respublikasının Əməkdar artisti, peşəkar musiqiçi Elman Əliyev və mən bu gün Kamran müəllimi ziyarət elədik. Kamran müəllimin Naxçıvan Teatrına etdiyi xidmətləri əvəzsizdir. Aktyor, rejissor. Baş rejissor, direktor kimi onun xidmətləri hamıya yaxşı məlumdur. Təəssüf ki, 2013-cü ildə qərəzli şəkildə tutduğu vəzifədən azad edildi. Amma heç kimə şikayət etmədi, əksinə teatrla əlaqəni kəsmədi. İşdən çıxarılandan sonra teatra aldığı dəvətlərdə quruluş verdiyi tamaşalar uzun müddət repertuarda qaldı. Kamran müəllim Rövşən Hüseynov, Yasəmən Ramazanova kimi Naxçıvan Dövlət Milli Dram Teatrının tarixində öz məktəbini, dəsti-xəttini yaradan sənətkardır. Allah can sağlığı versin. Naxçıvan teatrı bu cür sənətkarlarımızın qoyduğu yolun davamı kimi bu gün öz möhtəşəm tarixini yaradır", - deyə jurnalist əlavə edib.
Qeyd edək ki, Kamran Quliyev 1958-ci ildə Naxçıvanda anadan olub.
K.Quliyev 1979-cu ildən Naxçıvan teatrında aktyor işləyir. 1997-ci ildən teatrın baş rejissorunu əvəz edib. 2004-cü il fevraldan 2013- cü ikin iyun ayına qədər teatrın direktoru və baş rejissoru vəzifəsində çalışıb.
Aktyor 1999-cu ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. 25 sentyabr 2008-ci ildə isə "Tərəqqi" medalı ilə təltif olunub.
Telegram kanalımız