Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər

İdman

26 May 2026 01:23 120


Azərbaycan cüdoçuları Avstriyanın Qrats şəhərində keçiriləcək gənclər arasında Avropa Kubokunda iştirak edəcəklər.

Azərbaycan Cüdo Federasiyasından "Yeni Sabah"a verilən məlumata görə, mayın 30-dan 31-dək davam edəcək yarış Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq.

Ölkəmiz turnirdə 11 çəki dərəcəsində 26 cüdoçu (16 oğlan, 10 qız) ilə təmsil olunacaq. Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın böyük məşqçi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcəklər. Sezar pizza

Beynəlxalq turnirdə 34 ölkədən 676 idmançı (420 oğlan, 256 qız) mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova da yer alacaq.

Heyəti təqdim edirik:

Oğlanlar

60 kq

Ayxan Mirzəzadə

66 kq

Nihad Məmişov

Məhəmməd Musayev

Sadiq İsgəndərli

73 kq

Mehdi Cəfərov

Əbil Yusubov

Səlim Sultanov

81 kq

Cəsur İbadlı

Mehdi Abbasov

Roman Qarayev

90 kq

Aslan Kotsoyev

Əli Qazıməmmədov

Süleyman Şükürov

100 kq

Davud Namazlı

Canpolad Əliyev

+100 kq

Ramazan Əhmədov

Qızlar

48 kq

Nərgiz Əhmədova

Gülşən Hüseynova

52 kq

Çinarə Sadıqova

Aysun Məmmədova

Nuranə Hacızadə

Fəridə Mirzəyeva

57 kq

Xədicə Qədəşova

Aytən Verdiyeva

63 kq

Nilgün Rzayeva

Ayan Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!