Hakimiyyət vətəndaş müharibəsi faciəsinin təkrarlanmasına imkan verməyəcək, dövləti və xalqı istənilən təhlükədən, o cümlədən daxili xəyanətdən qoruyacaq.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin müraciətində bildirib.
O, televiziya ilə Rusiya Federasiyası vətəndaşlarına müraciətində 1917-ci ildə “Rusiyanın kürəyindən bıçaqlandığını” deyib. Marqarita pizza
“Qeybət, dava-dalaş, ordunun və xalqın arxasınca aparılan siyasət ən böyük sarsıntıya çevrildi, ordunun məhvi, dövlətin dağılması, geniş ərazilərin itirilməsi, nəticədə faciə və vətəndaş müharibəsi baş verdi", - deyə Putin vurğulayıb.
Dövlət başçsı bildirib: "Biz bunun bir daha baş verməsinə imkan verməyəcəyik, xalqımızı və dövlətçiliyimizi istənilən təhlükədən, o cümlədən daxili xəyanətdən qoruyacağıq. Üzləşdiyimiz isə məhz xəyanətdir. Həddindən artıq ambisiya və şəxsi maraqlar vətənə xəyanətə gətirib çıxarıb".
Telegram kanalımız