20 NATO ölkəsi Ukraynanın alyansa üzvlüyünü rəsmən dəstəklədi

saytların hazırlanması

Evə çatdırılma

20 NATO ölkəsi Ukraynanın alyansa üzvlüyünü rəsmən dəstəklədi

Dünya

10 İyun 2023 22:19 735


Şənbə günü Kanadanın müvafiq bəyannaməni imzalanmasından sonra Ukraynanın NATO-ya üzvlüyünə rəsmi dəstək verən dövlətlərin sayı 20-yə çatıb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müavini İqor Jovkva deyib.

Məlumata görə, Kanadanın baş naziri Castin Trüdo şənbə günü elan olunmamış səfərlə Kiyevə gəlib. O, prezident Volodimir Zelenski ilə Ottavanın “şərtlər imkan verən kimi” Ukraynanın NATO-ya daxil olmasını rəsmən dəstəklədiyi bəyannaməni imzalayıb. Marqarita pizza

Həmçinin, Kanada NATO - Ukrayna Şurasının yaradılmasına da tərəfdar çıxıb. Bu, Ukrayna və Alyans arasında yeni qarşılıqlı fəaliyyət mexanizmi üçün ilk belə ictimai dəstək olub.

Qeyd edək ki, may ayında Avropa paytaxtlarına səfəri çərçivəsində prezident Zelenski İtaliya, Almaniya və Fransa liderləri ilə də Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyən bəyannamələr imzalayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!