ABŞ-ın Kaliforniya ştatında 67 yaşlı silahlı şəxsin hücumu nəticəsində 7 nəfər ölüb.
Yenisabah.az “Associated Press”ə istinadla xəbər verir ki, hücum Half Mun Bey şəhərində 2 ayrı ərazidə baş verib. İlk olaraq fermada 4 nəfər həyatını itirib, 5 nəfər yaralanıb. Bundan sonra o, fermanın yaxınlığında daha 3 nəfəri öldürüb. Yaralılardan birinin vəziyyəti ağırdır.
67 yaşlı Çin əsilli Jao Çunli polislər tərəfindən yaxalanıb. Onun hücumu həyata keçirən silahı avtomobilindən tapılıb. pizza
Polis hücum edənin ferma işçisi olması ehtimalını nəzərdən keçirir.
Telegram kanalımız