Cənubi Koreyanın Busan şəhərində kanalda qalan köpəkbalığına tamaşa etmək üçün əraziyə 700 mindən çox insan gəlib.
“Yeni Sabah” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, sentyabrın 18-də şəhərin Şimal limanındakı kanalda görünən 3,5 metr uzunluğundakı köpəkbalığını açıq dənizə çıxarmaq cəhdləri hələlik nəticə verməyib.
Oktyabrın 2-də keçirilən ikinci xilasetmə əməliyyatı zamanı xüsusi tordan istifadə olunub. Lakin torun kanalın dibinə ilişməsi səbəbindən əməliyyat dayandırılıb. Çıxışa yaxınlaşdırılan köpəkbalığı ertəsi gün yenidən kanalın içərisinə qayıdıb. Dördpendirli pizza
“Bukangi” adı verilən köpəkbalığı qısa müddətdə böyük marağa səbəb olub. Hətta ona Busan şəhərinin fəxri səfiri adı verilib.
Əraziyə çoxsaylı ziyarətçilərin gəlməsi ilə əlaqədar sahilboyu parkda patrul nəzarəti gücləndirilib./unikal
Telegram kanalımız