Türkiyədə zəlzələ qurbanlarının dağıntılar altından çıxarılması davam edir.
Yenisabah.az “Hürriyet”ə istinadla xəbər verir ki, 8 aylıq evli olan hərbçi baş leytenant Miraç İlhan və xanımı Esra İlhan dəhşətli zəlzələdə itkin düşüblər.
Hadisə şahidlərinin sözlərinə görə, onlar “Rönesans Residence” binasının dağıntıları altında qalıblar. Lakin axtarış-xilasetmə komandasının səyi nəticəsində Miraç İlhanın cansız bədəni tapılıb. Hərbçinin xanımı Esradan isə hələ də xəbər yoxdur. Toyuqlu pizza
DNT analizindən sonra Miraç İlhanın meyiti ailəsinə təhvil verilib.
Esranın atası deyib: “Kürəkənimi tapdıq, amma qızım hələ də yoxdur, gözləyirik. Cəmi 8 ay idi ki, evli idilər. Arzuları var idi, amma olmadı. Bütün xoşbəxtliklərini 8 aya sığdırdılar”.
Şəhla,
Pünhan
Telegram kanalımız