“8 Martın ləğvini təklif edənlər, öncə 14 fevralı qeyd etdikləri üçün utanmalıdır. Hər iki tarixin qeyd olunma tarixçəsini bilmək lazımdır. 8 Martın tarixindən məlumatı olan bir insan 14 fevralı qeyd edirsə, bu cür insanların fikirlərini ciddiyə almamaq lazımdır”.
Bu sözləri “Yeni Sabah”a 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə danışan “Sağlam Toplum” İctimai Birliyinin sədri, sosiloq Lalə Mehralı deyib. Onun sözlərinə görə, hər iki gün beynəlxalq səviyyədə tanınmış tarixlərdir:
“Homoseksual birinin homoseksual əlaqələri yaymaq üçün yaratdığı tarixi kifayət qədər normal qəbul edən birinin, 8 Mart haqqında düşüncələri heç kim üçün maraqlı olmamalı, əhəmiyyət kəsb etməməlidir. 8 Mart qadın azadlığına, sözünə imkan verirsə, insanlar bundan narahat olmamalıdırlar. Məncə, bunu daha geniş miqyaslı qeyd etmək lazımdır. Bəzi millətçilər bunu beynəlxalq səviyyədən çıxardıb, milliləşdirmək istəyirlərsə, o zaman təklif etsinlər. Hansı tarix daha yaxşıdırsa, bizə görə fərqi yoxdur. Qadın adı altında istənilən normal tarixə malik günü qeyd edə bilərik. Bunlar öz qadın qəhrəmanlarımızın doğum günü, şəhid olduğu tarix, qadın adı ilə bağlı hər hansı əlamətdar gün ola bilər. Amma 8 Martı qeyd eləməməyi iddia etmək, məncə, cahillikdən başqa bir şey deyil. Açsınlar 8 Martın tarixini oxusunlar, sonra iddia ilə çıxış etsinlər”. Marqarita pizza
L.Mehralı bəzi ölkələrdə də 8 Martın ləğv olunması ilə bağlı təkliflərdən də danışıb:
“Bəzən deyirlər ki, türklərdən başqa millətçilər yoxdur. Amma hər ölkənin özünün millətçiləri çoxdur. O millətçilər də beynəlxalq olan heç bir şeyi qeyd etmək istəmirlər. Yəni buna birbaşa etiraz edirlər. Amma beynəlxalq qadınlar günü, analar, atalar gününün qeyd olunmağının nə kimi bir zərəri ola bilər? Əvvəlcə, bunu araşdırmaq lazımdır. 8 Martın tarixi əməksevər qadınların tarixi ilə bağlıdır. Yəni öz əməyi sayəsində ad çıxarmış, işçi, fəhlə sinfinin tarixidir. Bunu qeyd eləməyi ləğv etmək üçün tutarlı bir əsas olmalıdır. Bayaq qeyd etdiyim kimi 14 fevral tarixini iddia edirik ki, bu, üz qarasıdır. Bu barədə kifayət qədər əsaslı dəlillər var. Bəs 8 Martın qeyd olunmasının ləvği ilə bağlı hansı əsaslar var? Millətçi olmaq, öz millətinə, tarixinə, vətəninə sadiqlik gözəl şeydir. Alternativ olaraq milli gün təklif olunması kifayət qədər normaldır. Məsələn, 30 iyun tarixi təklif olunanda normal qarşılandı. Ola bilər elə tutarlı tarix təklif olunar ki, 8 Mart bizim gözümüzdə o tarix qədər uca görünməz. Amma 8 Mart tarixində elə bir rüsvayçı, üz qarası olan nüans yoxdur. Bu, qadınlara qarşı diqqət, nəzakət, sevgi, hörmət əlamətlərini birləşdirən tarixdir”.
Sosioloq bildirib ki, bu tarixin ləğvini daha çox qadınlar təklif edirlər:
“Çox maraqlıdır ki, belə tarixlərin ləğv olunmasını əksər hallarda qadınlar təklif edirlər. Yəni qadınlar özləri özlərinə yaxşılıq etdiklərini düşünürlər, amma özləri tarixlərini qaralamağa çalışırlar. Qoy, kişi qadın yüksəlişindən narahat olsun. Amma əksinə olaraq kişilər qadınların yüksəlişinə çox narahat olmur, qadın qadının yüksəlişindən narahat olur. Cəmiyyətdə öz sözünü demiş, uğur qazanmış qadınlarla həmsöhbət olsanız görərsiz ki, onlara iş həyatında ən çox qadın həmkarları tərəfindən zərbə vurulur. Kişilər üçün qadınlarla rəqabətə girmək bir qədər etik görünmür. Amma qadınlar öz həmcinslərinin yüksəlişini, uğurunu qəbul etmək istəmirlər. İldə bir dəfə hədiyyə almaq heç bir kişini kasıblaşdırmır. Kişi öz xanımına, ailəsindəki qadınlara diqqət göstərirsə, bu, təqdirəlayiqdir”.
Əsmər Qabil
Telegram kanalımız