84 yaşlı qadını döyüb 3 min manatını oğurladılar

saytların hazırlanması

Evə çatdırılma

84 yaşlı qadını döyüb 3 min manatını oğurladılar

Kriminal

08 Fevral 2019 17:43 865


102 - Zəng Mərkəzi Xidmətinə fevralın 2-nə keçən gecə Ağcabədi şəhərindəki evlərin birindən  oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, məlumatla əlaqədar dərhal Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla rayon sakini olan 84 yaşlı qadının evinə basqın edən 2 nəfərin onu döyərək oradan 3000 manat pul aparmaları müəyyən edilmişdir.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri R.Rüstəmov və İ.Mirzəyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar. Dördpendirli pizza

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanmışdır. İstintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!