KOBİA rəsmisi: “Şəhərsalma təkcə binaların tikilməsindən ibarət deyil“

saytların hazırlanması

Evə çatdırılma

KOBİA rəsmisi: “Şəhərsalma təkcə binaların tikilməsindən ibarət deyil“

İqtisadiyyat

17 May 2026 14:30 63


Bu gün şəhərsalma təkcə binaların tikilməsindən ibarət deyil, həm də insanların yaşaması üçün rahat, səmərəli və davamlı məkanların yaradılması deməkdir.

"Yeni Sabah" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Biznes Assambleyasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda artıq yeni şəhərsalma layihələrində yaşıl və ağıllı yanaşmalar müşahidə olunur: pizza sifarişi

"Məsələn, Ağalı kəndində enerjiyə qənaət edən sistemlər, ağıllı idarəetmə həlləri, rəqəmsal xidmətlər və müasir planlaşdırma yanaşmaları birlikdə tətbiq olunur. KOBİA olaraq inanırıq ki, dövlət qurumları, yerli bizneslər, investorlar və beynəlxalq tərəfdaşlar arasında daha güclü əməkdaşlıq daha davamlı şəhərlərin və daha güclü regional iqtisadiyyatların qurulması üçün çox vacibdir. Əgər biz daha yaşıl və daha balanslı şəhərsalma istəyiriksə, kiçik və orta biznes əvvəldən həll yolunun ayrılmaz və əvəzedilməz hissəsi olmalıdırlar, çünki onlar artıq hər sahədə təcrübədə çalışırlar".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!