“Dünyaya gözüm sanki yenidən açıldı”.
Yenisabah.az Oxu.az-a istinadla xəbər verir ki, bunu Xalq şairi Nəriman Həsənzadə deyib.
Xatırladaq ki, Xalq şairi Nəriman Həsənzadə bir müddət əvvəl gözündən əməliyyat olunub. Şair iki ildən çox göz problemi yaşadığını söyləyib: pizza sifarişi
“Hazırda çox yaxşıyam. Təcrübəli həkim məni sağaltdı. Əməliyyat heç 20 dəqiqə çəkmədi. Daha sonra dərhal evə buraxıldım. Dünyaya sanki yenidən gəldim.
2 ildən çox idi ki, bir gözümə tor gəlmişdi. Ətrafı tor kimi görürdüm. Həkimə müraciət etmirdim. Öz-özümə deyirdim ki, yavaş-yavaş açılar. Lakin açılmadı. Yaş da öz sözünü dedi. Açığı, mən həkimdən qorxurdum. Səhv edib, yubatdığımı düşünürəm. Məsləhətim odur ki, hər kəs yaxşı həkimə getsin”.
Xalq şairi sonda yaradıcılığını davam etdirdiyini əlavə edib:
“Qəzetlərdə poemalarım, şeirlərim çıxır. Yaradıcılıq olmadan şair yaşaya bilməz. Onsuz yaşamaq olmur. Maraqlandığınız üçün də təşəkkür edirəm”.
Telegram kanalımız