Avtomatlı şəxslər Paşinyanı təhdid etdilər

saytların hazırlanması

Evə çatdırılma

Avtomatlı şəxslər Paşinyanı təhdid etdilər

Dünya

18 May 2026 14:29 29


Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı təhdidlərin yer aldığı video ilə bağlı cinayət işi başlanıb.

“Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bir qrup şəxs tərəfindən qətlə hazırlıq, kompüter təxribatı və odlu silah-sursatın qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri başlanıb. Toyuqlu pizza

Onların şəxsiyyətinin müəyyən edilməsi üçün ilkin istintaq aparılır.

Qeyd edək ki, mayın 18-də sosial şəbəkələrdə yayılan videoda əli avtomatlı silahlı şəxslər Ermənistan və qondarma “Artsax”ın bayraqları fonunda Baş nazir Nikol Paşinyana qarşı təhdid səsləndirərək, onu ölümlə hədələyiblər.

Videoda Paşinyana xitabən “hər şeyə görə cavab verəcəksən” deyilir.

Baş nazir Nikol Paşinyan Vətəndaş Müqaviləsi Partiyasının seçkiqabağı kampaniyası zamanı videoya cavab verib. Baş nazir onu təhdid edən şəxslərin məsuliyyətə cəlb olunacağını vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!