Bu hücum öz əməllərini etiraf etməyə belə cəsarəti olmayanların qorxaq hərəkətidir.
Axar.az xəbər verir ki, bu sözləri İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian ölkəsinə endirilən PUA zərbələri haqda qeyd edib.
“Bu, şübhəsiz ki, bizi nüvə proqramının inkişafından imtinaya məcbur etməyəcək”, - o bildirib. Sezar pizza
Qeyd edək ki, İranın bir neçə şəhərində yerləşən PUA istehsalı müəssisəsi və silah-sursat anbarlarına zərbələr endirilib. Bu zərbələrin ABŞ qüvvələrinin dəstək verdiyi İsrail tərəfindən endirildiyi iddia edilir.
İsrail məlumatı nə təkzib, nə də təsdiq edib.
Telegram kanalımız