ABŞ Cənubi Qafqazda tramplin yaratmaq istəyir - Slutski

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Cənubi Qafqazda tramplin yaratmaq istəyir - Slutski

Dünya

15 Sentyabr 2023 10:26 484


Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimin ABŞ Senatında Ermənistana təhlükəsizlik və ABŞ-la əməkdaşlıq barədə bəyanatı Cənubi Qafqazda anti-Rusiya tramplininin yaradılmasına yönəlib.

Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin Leonid Slutski bildirib.

Xatırladaq ki, Yuri Kim bildirib: "ABŞ Ermənistana inkişaf, müdafiə və təhlükəsizlik dəstəyini mümkün qədər genişləndirməlidir". Toyuqlu pizza

“Yuri Kim ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bəyan edib ki, Ermənistanın Rusiya ilə deyil, ABŞ-la tərəfdaşlığından danışmalıyıq. İndi Vaşinqton İrəvana kömək etməyə hazırdır. Aydındır ki, o, Cənubi Qafqazda yeni anti-Rusiya tramplini yaratmaq arzusundadır”, - deyə Slutski qeyd edib.

O bildirib ki, Kiyevə də analoji yardım təklif olunub. İndi Ukrayna öz suverenliyini itirərək, ABŞ-ın marionetinə çevrilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!