“ABŞ-da aparılan danışıqlar Azərbaycanın maraqlarına uyğundur” - Erməni KİV

saytların hazırlanması

Evə çatdırılma

“ABŞ-da aparılan danışıqlar Azərbaycanın maraqlarına uyğundur” - Erməni KİV

Siyasət

04 May 2023 10:45 605


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycandan olan həmkarı Ceyhun Bayramov arasında Vaşinqton danışıqları ictimaiyyətdə maraq doğursa da, hakim “Vətəndaş Müqaviləsi” Partiyasında bəzi şəxslər danışıqların nədən bəhs etdiyini bilirlər. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. 

Erməni nəşrinin hakim komanda daxilindəki mənbəsinin sözlərinə görə, həm Ermənistan, həm də Azərbaycan ABŞ tərəfindən “Münasibətlərin normallaşdırılması haqqında saziş”i imzalamağa məcbur edilir.

“Əgər Ermənistan da buna qarşı deyilsə, bundan başqa, çoxdan açıq şəkildə bəyan edibsə ki, o, “Artsax məsələsi”ni sənədin imzalanmaması üçün ilkin şərt hesab etmir və “Artsax xalqı” üçün təhlükəsizlik zəmanəti almaq şərti ilə onu faktiki olaraq Azərbaycanın bir hissəsi kimi tanımağa hazırdır, o zaman Azərbaycan da bu sənədə imza ata bilər. Hansı ki, tərəflər dəfələrlə bir-birilərinə qarşı ərazi iddialarının olmadığını dilə gətirib. 

Mənbə danışıqlarda konkret hansı sahələrdən bəhs edildiyini ətraflı açıqlamayıb. Lakin güman etmək olar ki, söhbət anklavlardan gedir”. 

Erməni nəşrinin qənaətinə görə, ABŞ-da aparılan danışıqlar Azərbaycanın maraqlarına uyğundur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!