“Vaşinqton nüvə arsenalını genişləndirmək üçün bəhanə kimi Çinin nüvə təhlükəsini irəli sürür”.
Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bugünkü brifinqdə bildirib.
Bundan əvvəl ABŞ prezidentinin daxili təhlükəsizlik məsələləri üzrə köməkçisi Elizabet Şervud-Rendall bildirib ki, Çinin artan nüvə arsenalı fonunda ABŞ nüvə sahəsində təhlükələri minimuma endirmək üçün Çinlə əlaqələri davam etdirməlidir. Pepperoni pizza
Mao Ninq vurğulayıb ki, Çin nüvə siyasətində hər zaman balanslı və məsuliyyətli mövqe tutub.
Diplomat qeyd edib ki, ABŞ son illərdə “nüvə triadasını” aqressiv şəkildə modernləşdirib və milli təhlükəsizlik siyasətində nüvə silahının rolunu daim gücləndirib.
Mao Ninq deyib: “ABŞ dünyada nüvə təhlükəsinin ən böyük mənbəyidir”.
Telegram kanalımız