ABŞ əsgərləri Polşada daimi qalacaq - Rusiya narahatdır

saytların hazırlanması

Evə çatdırılma

ABŞ əsgərləri Polşada daimi qalacaq - Rusiya narahatdır

Dünya

13 Aprel 2023 17:40 716


“Polşa öz ərazisində Amerika qoşunlarının daimi mövcudluğuna nail olmağa çalışacaq”. 

Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Zbiqnev Rau parlamentdə çıxışı zamanı bildirib. 

“Tezliklə Amerikanın Polşadakı “Redzikov” raket əleyhinə müdafiə bazası əməliyyat hazırlığı vəziyyətinə gələcək. ABŞ ordusunun 5-ci korpusunun daimi komandanlığı Polşaya verilib. Biz Amerika qoşunlarının öz ərazimizdə sistematik daimi mövcudluğuna nail olmağa çalışacağıq”, - deyə Rau bildirib.  pizza mizza

Qeyd edək ki, hazırda təxminən 10.000 Amerika əsgəri rotasiya əsasında Polşada yerləşdirilib. Bu yaxınlarda respublikanın Baş naziri Mateuş Moraveçki ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Polşada bir neçə min əlavə əsgər yerləşdirməyə söz verdiyini açıqlamışdı. 

Daha əvvəl isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, ABŞ-ın mühüm rol oynadığı Şimali Atlantika Alyansı qeyri-dost strukturdur və bir çox cəhətdən Rusiya Federasiyasına düşməndir. O əlavə edib ki, NATO-nun genişlənməsi Rusiyanı öz təhlükəsizliyini təmin etmək üçün əks tədbirlər görməyə məcbur edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!