ABŞ-nin Ermənistandakı səfirliyi Ermənistan və Türkiyənin Gümrü-Qars dəmir yolunun yenidən qurulması və istismarı üçün atdığı konkret addımları alqışlayıb.
"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, ABŞ səfirliyi bu məsələ ilə bağlı bəyanat yayıb.
Bəyanatda Türkiyənin Qars şəhərində keçirilən Ermənistan-Türkiyə işçi qrupunun iclasına istinad edib. Görüşdə Gümrü-Qars dəmir yolunun bərpası və istismarı müzakirə olunub.
"Dinc və çiçəklənən Cənubi Qafqazın qurulması istiqamətində tarixi irəliləyiş", - bu səfirliyin dəyərləndirməsidir.
"Bu gün Ermənistan və Türkiyə rəsmiləri Qarsda Qars-Gümrü dəmir yolunun bərpası üçün birgə işçi qrupu yaratmaq üçün görüş keçiriblər. Ermənistan və Türkiyə arasında bu əsas əlaqənin bərpası regional nəqliyyat yollarının açılması və regional sabitliyin təmin edilməsi istiqamətində mühüm addımdır. Belə bir dönüş nöqtəsinin təməli 8 avqustda Prezident Trampın ev sahibliyi etdiyi Vaşinqton sammitində qoyulub.
ABŞ-ın Ermənistandakı səfirliyi on illərdir bağlı olan Ermənistan və Türkiyə arasında iqtisadi və sosial əlaqələrin yenidən açılması üçün atılan bu konkret addımları alqışlayır", - bəyanatda bildirilir.
Telegram kanalımız