Bu ölkədə güclü zəlzələ oldu

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədə güclü zəlzələ oldu

Dünya

01 Noyabr 2026 20:17 93


Tayvanın şimal-şərq sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Tavan Mərkəzi Meteorologiya İdarəsi (CWA) məlumat yayıb.

Yeraltı təkanların episentri dənizdə, İlan şəhərindən 39,4 kilometr şərqdə yerləşib. Ən güclü təkanlar İlan və Hualyan rayonlarının bir neçə ərazisində hiss olunub. Dominos pizza

Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.

Son günlər Tayvanın şərqində qeydə alınan ilk yeraltı təkanlar bunlar deyil. Oktyabrın 24-nə keçən gecə həmin ərazidə 10 dəqiqə fasilə ilə 5,0 və 4,8 maqnitudalı iki zəlzələ baş verib.

Həmin zəlzələlərin episentrləri dənizdə, Hualyan şəhərindən müvafiq olaraq 31,2 və 30,4 kilometr şərqdə yerləşib, dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!