“Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi

İdman

01 Noyabr 2026 17:14 77


“Qalatasaray” klubunun vitse-prezidenti Metin Öztürk vəzifəsindən istefa verib.

"Yeni Sabah" xəbər verir ki, klub rəsmisi bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Öztürk oktyabrın 27-də keçirilən klubun İdarə Heyətinin iclasında fiziki hücuma məruz qaldığını və mərhum anasının təhqir edildiyini bildirib. Pepperoni pizza

O, baş verən hadisələrə görə istefa qərarı verdiyini açıqlayıb:

“Oktyabrın 27-də keçirilən İdarə Heyətinin iclasında fiziki hücuma və mərhum anama qarşı təhqirə çevrilən hərəkətləri qəbul etməyə nə "Qalatasaray" tərbiyəm, nə də valideynlərimdən aldığım tərbiyə imkan verir”.

Metin Öztürk bu gündən etibarən “Qalatasaray”ın İdarə Heyətindən və kluba bağlı şirkətlərdə tutduğu bütün rəhbər vəzifələrindən ayrıldığını bəyan edib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!