Türkiyənin “Fənərbaxça” komandası “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasa 3 illik müqavilə təklif edib.
“Yeni Sabah” İtaliyanın nüfuzlu “TuttoMercatoWeb” nəşrinə istinadən xəbər verir ki, litvalı baş məşqçi ilə İstanbul təmsilçisi arasında əlaqələr qurulub və danışıqlar aparılır.
Yaxın günlərdə bu keçidlə bağlı rəsmi açıqlamanın verilməsi gözlənilir. pizza
Qeyd edək ki, bir müddət öncə Türkiyə mediası “Fənərbaxça”nın “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova da təklif göndərdiyini yazmışdı./Qafqazinfo
Telegram kanalımız