Fazil Əliyev dünyasını dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Fazil Əliyev dünyasını dəyişdi

Hadisə

31 Oktyabr 2026 17:13 135


Naftalan Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) keçmiş direktoru Fazil Əliyev vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, Fazil Tofiq oğlu Əliyev 1993–2016-cı illərdə Naftalan Uşaq-Gənclər İdman Məktəbinin direktoru, 2016–2022-ci illərdə isə həmin müəssisədə məşqçi-müəllim vəzifəsində çalışıb.

O, idman sahəsində xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Gənclər və İdman Nazirliyinin 5 mart 2021-ci il tarixli, S-01 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adına layiq görülüb. Dominos pizza

Naftalan şəhəri üzrə gənclər və idman sektorunun kollektivi, eləcə də şəhər idman ictimaiyyəti mərhumun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, Allahdan ona rəhmət diləyib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!