ABŞ millisinin baş məşqçisi Maurisiyo Poçettino Bosniya və Herseqovina ilə matçda futbolçusu Folarin Baloqunun qırmızı vərəqə aldığı epizoda münasibət bildirib.
“Yeni Sabah” xəbər verir ki, 54 yaşlı argentinalı mütəxəssis hakimin qərarı ilə razılaşmayıb:
“Epizoda sonradan televiziyada baxdıq. Rəqib futbolçunun ayağına basmaq niyyəti qətiyyən yox idi. Bu, futbolda təsadüfən baş verən adi epizodlardan biridir. Pepperoni pizza
Bu, heç vaxt qəsdən edilən hərəkət deyildi. Mənim fikrimcə, bu epizod qırmızı vərəqəlik deyildi. Bütün mübahisəli qərarlar rəqibin xeyrinə verildi. Buna baxmayaraq, futbolçularımız çox yaxşı reaksiya göstərdilər.
Oyunun emosional tərəfini nəzarətdə saxlaya bildik və bu, çox vacib idi. Onların bu vəziyyəti idarə etməsi möhtəşəm idi. Komandamız əsl xarakter nümayiş etdirdi”.
Xatırladaq ki, DÇ-2026-nın 1/16 final mərhələsində ABŞ millisi Bosniya və Herseqovina seçməsi üzərində 2-0 hesabı ilə qələbə qazanıb.
Nazim Hacıyev
Telegram kanalımız