ABŞ müttəfiqlərindən müdafiə xərclərini artırmağı tələb etdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ müttəfiqlərindən müdafiə xərclərini artırmağı tələb etdi

Siyasət

20 Oktyabr 2020 23:40 933


“ABŞ Rusiya Federasiyası və Çin Xalq Respublikasının hərbi gücü fonunda NATO ölkələri ilə yanaşı, bütün müttəfiqlərdən Ümum Daxili Məhsulun 2 faizinin müdafiə xərclərinə ayırmağı tələb edib”. 

Yenisabah.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Mark Esper açıqlamasında bildirib.

Pentaqon rəhbəri pandemiyanın yaratdığı çətinlikləri və maddi ziyanları qiymətləndirdiklərini desə də, vurğulayıb ki, bu gün təhdidlər azalmayıb: “Əksinə, ölkələr daxili iqtisadi vəziyyətlərini yaxşılaşdırmağa çalışsalar da, daha da pisləşib. Rəqiblərimiz isə bundan istifadə etməyə çalışırlar. Buna görə də NATO üzvləri də daxil olmaqla, bütün ölkələr – müttəfiqlərimiz götürdükləri öhdəliklərə əməl edərək ümumi təhlükəsizliyimizə daha çox töhfə verəcəklər”.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!