“ABŞ öhdəliklərini yerinə yetirməlidir“ - Xətibzadə

saytların hazırlanması

Evə çatdırılma

“ABŞ öhdəliklərini yerinə yetirməlidir“ - Xətibzadə

Dünya

05 Fevral 2022 13:58 711


"İslam Respublikası gözləyir ki ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planının tələblərinə uyğun sanksiyaların ləğvi ilə bağlı öhdəliyini yerinə yetirsin".

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

O, ABŞ prezidenti Co Baydenin hökumətinin İrana qarşı bəzi sanksiyaların yumşaldılması ilə bağlı atdığı addımı dəyərləndirib: Dominos pizza

"İslam Respublikası gözləyir ki ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planının tələblərinə uyğun sanksiyaların ləğvi ilə bağlı öhdəliyini yerinə yetirsin. Bu gün ABŞ-ın verdiyi qərar nüvə sahəsinə tətbiq olunan sanksiyaların yumşaldılması ilə bağlıdır. Hamı bilir ki bu kifayət deyil".

İran XİN sözçüsü qeyd edib ki, Hərtərəfli Birgə Fəaliyyət Planının (JCPOA) öhdəliklərinə dair atılmış hər bir addım rəsmi Tehran tərəfindən diqqətdə saxlanılacaq.

Qeyd edək ki, ötən gecə Bayden hökuməti İranın sülhyönlü nüvə proqramına dair sanksiyalara güzəşt tətbiq edib.

ABŞ-n tətbiq etdiyi güzəştlər xarici ölkə və şirkətlərə İranla Buşəhr nüvə stansiyası, Ərak ağır su zavodu və Tehran Araşdırma Reaktoru ilə əməkdaşlıq etməyə icazə verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!