ABŞ təyyarələri Rusiya sərhədində: Moskva havaya Su-35 qaldırdı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ təyyarələri Rusiya sərhədində: Moskva havaya Su-35 qaldırdı

Dünya

21 Mart 2023 07:33 809


Martın 20-da Baltik dənizi üzərində ABŞ və Rusiya arasında gərginlik yaşanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Rusiyaya məxsus hava hücumundan müdafiə sistemləri Baltik dənizi üzərində ABŞ Hərbi Hava Qüvvələrinin 2 ədəd B-52N strateji bombardmançı təyyarəsinin uçduğunu müəyyən edib. pizza mizza

Bundan sonra Rusiya Su-35 qırıcı təyyarəsini havaya qaldırıb. 

"Bombardmançı təyyarələr dövlət sərhədindən uzaqlaşdıqdan sonra qırıcı aerodroma qayıdıb. Rusiya qırıcısının uçuşu hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara ciddi riayət olaraq həyata keçirilib", - açıqlamada deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!