ABŞ Ukraynaya uzaqmənzilli JDAM-ER bombaları göndərəcək

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Ukraynaya uzaqmənzilli JDAM-ER bombaları göndərəcək

Dünya

22 Fevral 2023 12:56 641


ABŞ Ukraynaya “Boeing” şirkəti tərəfindən istehsal edilən, 72 kilometrdən çox məsafəyə malik olan uzaqmənzilli JDAM-ER bombaları təhvil verəcək. 

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb. 

Bildirilib ki, JDAM-ER bombaları GPS vasitəsilə idarə olunur.  Sezar pizza

Qeyd edək ki, bu bombalar ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri tərəfindən istifadə olunur və həmçinin 26-dan çox ölkəyə satılıb. Onlar 220-900 kiloqrama qədər çəkisi olan idarə olunmayan bombalara quraşdırıla bilər. Nəticədə həmin döyüş sursatları idarə olunan bombalara çevrilir və bu da uçuş məsafəsinin üç dəfə artmasına səbəb olur. JDAM-ER Avstraliya Hərbi Hava Qüvvələri ilə əməkdaşlıqda hazırlanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!