ABŞ və İran müharibəni tam başa çatdırmaq üçün bir-birinə yeni təkliflər göndərib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, İran 14 maddəlik təkliflərini yeniləyib və bazar günü pakistanlı vasitəçilərə təqdim edib. Vasitəçilər Tehranın təkliflərini Vaşinqtona çatdırıb. Pepperoni pizza
Məsələ ilə bağlı agentliyə danışan mənbənin sözlərinə görə, İslam Respublikası itiriləcək vaxt olmadığını bildirərək müharibəni sonlandırmaq üçün təkliflər irəli sürüb və razılaşmanın vaxt aparmasının səbəbi hər iki tərəfin tez-tez fikir dəyişdirməsi olduğunu diqqətə çatdırıb.
İranın Xarici İşlər Nazirinin sözçüsü İsmail Bəqai təkliflərin bazar günü göndərildiyini təsdiqləyib. Prosesin Pakistanın vasitəçiliyi ilə davam etdiyini deyən XİN sözçüsü Tehranın təkliflərinin Vaşinqtona çatdırdıqlarını açıqlayıb.
İran tərəfi də ABŞ-dən yeni təkliflər aldığını açıqlayıb.
Aytac Əliyeva
Telegram kanalımız