ABŞ Zelenskiyə qarşı gizli casusluq edirmiş - Hesabat

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Zelenskiyə qarşı gizli casusluq edirmiş - Hesabat

Dünya

10 Aprel 2023 16:04 715


Pentaqondan sızma nəticəsində ABŞ-ın Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı casusluq etdiyini göstərən sənəd yayılıb.

Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, Zelenskinin çevrəsi casusluq faktını qəribə hesab etmir, lakin informasiyanın sızmasından məyusdur.

ABŞ-ın kəşfiyyat hesabatında Zelenskinin fevralın sonunda Rusiyanın Rostov bölgəsindəki hərbi konsentrasiyalarına pilotsuz təyyarələrlə zərbə endirməyi təklif etdiyi iddia edilir, çünki Ukraynanın o yerə çata biləcək uzaqmənzilli silahları yoxdur. pizza mizza

Hesabatda Ukrayna liderinin ələ keçirilən kommunikasiyaları yer alıb. Milli Təhlükəsizlik Agentliyi hesabatı "elektron siqnallar və rabitə sistemlərindən əldə edilən kəşfiyyat məlumatları" kimi təsnif edib.

Bu, ABŞ-ın Ukraynanı uzaqmənzilli raket sistemləri ilə təmin etmək istəməməsi ilə bağlı açıq bəyanatlarını Kiyevin Rusiya daxilində zərbələr üçün istifadə edəcəyi qorxusu ilə izah edir. Amma Ukrayna bunun üçün ABŞ-ın verdiyi silahlardan istifadə etməyəcəyinə söz verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!