Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Ac ayı soyuducunu aşırıb qarnını doyurdu - Video
02 May 2020 12:51
782

Ac ayı soyuducunu aşırıb qarnını doyurdu - Video

Türkiyənin Trabzon şəhərində ac qalan ayı koronavirusa görə bağlanan alabalıq yetişdirildiyi müəssisəyə hücum edib. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ac qalan ayı qapını qıraraq müəssisəyə daxil olub və soyuducunu yerə yıxaraq qarnını doyurmağa çalışıb. Qış yuxusundan oyanan heyvan Sazalan yaylasında yerləşən məkana gələrək zibil qutularını aşırıb və yemək axtarıb. Təhlükəsizlik kameralarında qalan görüntülərdə yemək tapa bilməyən ayının qapını qıraraq içəri girdiyi, soyuducunun qapağını aça bilmədiyi üçün yerə yıxdığı, daha sonra tapdığı zeytun yağını içib getdiyi görünür. 

Müəssisə sahibi Cəmil Arslan zərərinin çox olmadığını hətta ayı bir də gələrsə ona yemək verəcəyini bildirib: “Koronavirusa görə hazırda müəssisəmiz bağlıdır və insanlar bura gəlmir. Ayılar da qış yuxusundan oyanıb, yemək axtarırlar. Bu ayı da bizim məkana qonaq olub, qapını qıraraq içəri girib. Zərərim o qədər də çox deyil, amma olsa da fərq etmir çünki ayıları çox sevirik. Buradakı ayılar yemək axtarışındadır, ətrafda çox izlərə rast gəlmişəm. Biz onlarla qonşu kimi yaşayırıq. Hər zaman gəlməyini istəyərəm, bu dəfə qapını qırmadan gəlsə, ona yemək də, balıq da verərəm".

Ac ayı soyuducunu aşırıb qarnını doyurdu - Video
Ac ayı soyuducunu aşırıb qarnını doyurdu - Video
Ac ayı soyuducunu aşırıb qarnını doyurdu - Video
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər