“TV8" telekanlının sahibi Acun Ilıcalı kiçik qızı üçün serial çəkdirəcək.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu barədə qonaq olduğu “YouTube” layihəsində məlumat verib.
Acun Ilıcalı “Sihirli annem" serialını yenidən ekranlaşdıracağını deyib: pizza
"Melisa ilə səhər yeməyi yeyərkən baxdım ki, hər dəfə "Sihirli annem"i izləyir. Köhnə, amma çox yaxşı serial idi. Bu qədər sevdiyi üçün yenisini çəkmək qərarına gəldim. Daha sonra rejissorla danışdım, hazırda çəkilişlər gedir".
Onun bu addımını izləyicilərin bəzisi sosial şəbəkələrdə gülüş hədəfinə çevirib. Onlar “Melisa, insafın varsa bundan sonra digər maraqlı serialları da izlə” kimi rəylər yazıblar.
Telegram kanalımız