“Ad günü qeyd etmək necə olur, heç bilmirəm...”  - Brilliant Dadaşova
15 Sen 2020 17:10
652

“Ad günü qeyd etmək necə olur, heç bilmirəm...” - Brilliant Dadaşova

Bu gün Azərbaycanın Xalq artisti, tanınmış müğənni Brilliant Dadaşovanın doğum günüdür.

B.Dadaşova 1965-ci ilin 15 sentyabr tarixində Bakıda dünyaya gəlib. 

Yenisabah.az-a danışan müğənni doğum gününü ailə üzvləri ilə birgə qeyd edəcəyini bildirib:

“Özəl bir şey etmirəm, evdə oturmuşam, pandemiyadır deyə heç yerə çıxmaq olmur. Mən onsuz da hər il restoranda ad günü keçirmirəm. Ötən il dostlarım restoranda keçirdi, onda da zəng etdilər məcbur olub getdim. Ad günüm bilik gününə təsadüf etdiyi üçün həmişə səhnədə olurdum, axır vaxtlar çalışıram getməyim. İndi çəkilişləri də bir az ixtisara salmışam. Ad günü qeyd etmək necə olur, heç bilmirəm ki, evdə oturmuşuq, hərgünkü kimidir. Dəyişən bircə odur ki, gözəl dostlar zəng edib təbrik edirlər, gül-çiçək yollayırlar, fərq bundadır. Amma bu gün həqiqətən əlamətdar gündür, çünki həm bilik günüdür, həm  Ənvər Paşanın Bakıya gəldiyi, Bakının işğaldan azad olduğu gün, bir də mənim anadan olduğum gündür (gülür)”. 

Xanım sənətçi bu doğum günündə ən böyük arzusunun pandemiyanın bitməsi olduğunu deyib: 

“Bu il ad günümdə ən böyük arzum pandemiyanın tezliklə bitməsidir. Bu bəla tez bir zamanda dünyanı tərk etsin, İnşallah. Xalqın üzü gülsün, kefimiz kökəlsin, heç vaxt qanımız qara olmasın. Hamıya nə arzulayıramsa, özümə də onu arzulayıram”. 

Əsmətxanım

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər