16 Avqust - 11:37
Afət Flora ilə məhkəməsinə getməyəcək

Afət Flora ilə məhkəməsinə getməyəcək

Şou

25 İyun 2022 13:10 10044


Xəbər verdiyimiz kimi Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə hələ də davam edir. 

Bir müddət qalmaqal yaşayan A.Fərmanqızı bu məhkəmə ilə bağlı Prezidentə də müraciət ünvanlamışdı.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ifaçı məhkəmənin hələ də davam etməsinə baxmayaraq özünün bu prosesdə iştirak etməyəcəyini bildirib:

“Mənim konstutision hüququm deyir ki, təqsirləndirildiyim şeyə görə mən özüm olmasam, vəkilim əvəzimdən məhkəmədə iştirak edə bilər. Hətta həkimim də mənə məhkəmədə iştirak etməyə icazə vermir. Bu barədə məhkəməyə arayış göndərmişəm. Vəkilim bu işlə məşğul olacaq. Mən sevgi ilə əhatə olunub gözəl həyat yaşayıram. Mənim məhkəmələrlə, problemlərlə əlləşib-vuruşmağa halım yoxdur. Həkim deyir ki, ancaq və ancaq pozitiv həyat yaşa. Çünki bu səhhətimə xeyirdir”.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edir.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!