Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olunacaq

Şou

07 İyun 2021 16:10 1432


Xalq artisti Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olunacaq.

Yenisabah.az xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat verib. O bildirib ki, xərçəngdən əziyyət çəkən müğənni sabah yenidən bıçaq altına yatacaq:

"Mənim də o xəstəliklə mücadilə apardığımı hamı bilir. Mən belə onun qədər həyat dolu deyildim. İstanbulda olduğum ərəfədə ona baş çəkmədiyim gün yox idi. Ötən əməliyyat düz 5 saat çəkmişdi. Qardaşımın yenə dualarımıza ehtiyacı var. İnanıram ki, sənətkar qardaşım bu dəfə də əməliyyatdan alnıaçıq, salamat çıxacaq". Toyuqlu pizza

Qeyd edək ki, A.Ağayev apreldə Türkiyədə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Mayda ifaçı ikinci dəfə əməliyyat olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!