Ağadadaş Ağayev vəfat edib? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Ağadadaş Ağayev vəfat edib? - AÇIQLAMA

Şou

06 May 2021 11:35 4318


Ötən gecə əməkdar artist Ağadadaş Ağayevin ölüm xəbəri yayılıb.

“Yeni Sabah” big.az-a istinadən məlumatına görə, Hacı Nuran bu xəbərlərdən sonra Türkiyədə müalicə alan sənətçini ziyarətə gedib. O, sosial media hesabında Ağadadaş Ağayevlə fotolarını paylaşıb və sənətçinin vəziyyətinin yaxşı olduğunu yazıb:

"İnsanın hissləri ilə oynamaq olmaz... Reytinq naminə kiminsə milyonlarla pərəstişkarını, ailəsini üzmək olmaz. Bir çox saytlar Ağadadaş Ağayevin ölüm xəbərini tirajlayır. Hazırda onun yanındayam. O, bu xəbərlərə baxıb gülür. Amma gözlərinin dərinliyində təəssüf hissi olduğunu görürəm. Sezar pizza

Bəzi sayt rəhbərlərinə bildirim ki, Ağadadaş Ağayev sağ-salamatdır və hazırda müalicəsi də davam edir. Narahatlığa heç bir əsas yoxdu".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!