Ağadadaş Ağayev xərçəngdən üçüncü dəfə əməliyyat olundu

saytların hazırlanması

Evə çatdırılma

Ağadadaş Ağayev xərçəngdən üçüncü dəfə əməliyyat olundu

Şou

09 İyun 2021 10:39 932


Xalq artisti Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə aparıcı-xeyriyyəçi Nuran Hüseynov (Hacı Nuran) məlumat verib.

Xərçəngdən əziyyət çəkən sənətçinin əməliyyatı 2 saat davam edib. Dördpendirli pizza

“Qardaşım, dostum Ağadadaş Ağayev  əməliyyatdan sağ-salamat çıxdı. Türkiyənin ən məşhur həkimlərinin iştirakı ilə baş tutan əməliyyat düz 2 saat çəkdi. Əslində, bu 2 saat sözdə elə də böyük müddət deyil, amma belə ağır əməliyyatları keçirən biri kimi bu 2 saatın nə olduğunu bəlkə də məndən yaxşı bilən yoxdu. Bu 2 saat iki gün, iki il qədər uzun sürür bəzən... Eynən Ağadadaş Ağayevin əməliyyatdan çıxmasını gözləyən əzizləri, doğmaları, yaxınları, dostları üçün də o 2 saat eləcə uzun çəkdi. Amma çox şükür ki, Tanrı dualarımızı eşitdi.  Elin sənətkarı üçüncü əməliyyatdan salamat çıxdı.  Hazırda səhhəti də qənaətbəxşdir . Tanrı bütün sevdiklərimizi qorusun” – deyə Hacı Nuran qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!