Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb.
"Yeni Sabah" xəbər verir ki, bu gün saat 16 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində "Mercedes" markalı avtomobil piyadanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ölən şəxs 1939-cü il təvəllüdlü Orta Ləki kənd sakini Xaspoladav Qırımxan Vahid oğludur. pizza mizza
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Telegram kanalımız