Avropa İttifaqı gübrə istehsalı ilə bağlı 6 rusiyalı sahibkara qarşı sanksiyaları yumşaltmaq niyyətindədir.
Yenisabah.az "EU Observer"ə istinadla xəbər verir ki, bu siyahıya Andrey Melniçenko və onun arvadı Aleksandra, həmçinin Andrey Quryev, Vyaçeslav Kantor, Dmitri Mazepin və Vadim Moşkoviç daxildir.
Hazırda həmin şəxslərə qarşı aktivlərin dondurulması və viza qadağası kimi məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Dördpendirli pizza
Bununla belə, sanksiya rejiminin yumşaldılması sayəsində İttifaq ölkələrinin bir sıra dövlətləri qida və gübrələrin, xüsusən də Afrikaya tədarükün maliyyələşdirilməsinə ciddi ehtiyac yaranarsa, bu şəxslərin vəsaitlərini dondura biləcək.
Qərar Avropa İttifaqının daimi nümayəndələri arasında Brüsseldə keçirilən Avropa Şurasının sammiti çərçivəsində 11 saatlıq danışıqlardan sonra qəbul edilib.
Aİ ölkələri ilk növbədə tədbirləri yumşaltmaq məsələsində Avropa Komissiyası ilə məsləhətləşməlidir.
Telegram kanalımız