Aİ sanksiyalar üzrə xüsusi nümayəndə vəzifəsi təsis edəcək

saytların hazırlanması

Evə çatdırılma

Aİ sanksiyalar üzrə xüsusi nümayəndə vəzifəsi təsis edəcək

Dünya

12 Dekabr 2022 13:36 690


Avropa İttifaqı (Aİ) sanksiyalar üzrə xüsusi nümayəndə vəzifəsi təsis etməyi və ABŞ-dakı keçmiş səfir Devid O'Sullivanı bu vəzifəyə təyin etməyi planlaşdırır.

Yenisabah.az “Financial Times”a istinadla xəbər verir ki, bu vəzifəni yeni ilin yanvar ayından etibarən icra edə bilər.

Məqsəd Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yayınma hallarının qarşısını almaqdır. pizza

ABŞ və Aİ xüsusilə rəsmi Ankaranı Rusiyaya sənaye və müdafiə məhsullarının tədarükünə tətbiq edilən sərt ixrac nəzarətindən yayınmağa çalışan tacirlərə qarşı tədbir görməyə çağırır.

Aİ rəsmisi bildirib ki, rəsmi Brüsselin yaxından izlədiyi digər ölkələr arasında Serbiya və Birləşmiş Ərəb Əmirliyi də var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!